Əvəz Zeynallı: "Əhməd İsmayılov Vüqar Səfərlidən də betər olacaq"

Əvəz Zeynallı:

Yanvarın 15-də APA TV-də İlqar Əlfioğlunun aparıcısı olduğu "APAralel" verilişində jurnalist Əvəz Zeynallı KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlini tənqid edib.

O bildirib ki, Vüqar Səfərli uzun müddət medianın inkişafına problem yaradıb, mediaya ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyib. 

Zeynallı bildirib ki, KİVDF ən çox korrupsiyaya uğramış qurum olub, rəhbəri də dövlətin ayırdığı vəsaitləri mənimsəyib. 

Jurnalist KİVDF-nin əsasənda yaradılan Media İnkişaf Agentliyinin yeni rəhbəri Əhməd İsmayılovu da tənqid edib. 

"Əhməd İsmayılov dənizçilikdən gəlib. O, Vüqar Səfərlidən də betər olacaq", - deyə Əvəz Zeynallı bildirib.

Verilişdə "Yenisabah.az" saytının redaktoru Seymur Verdizadə də iştirak edib. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az