“Evlənəcəyik” deyib qaçırdı, amma… – Bakıda oğlandan dəhşətli ƏMƏL

“Evlənəcəyik” deyib qaçırdı, amma… – Bakıda oğlandan dəhşətli ƏMƏL
Bakının Xəzər rayonunda gənc qızın sadəlövlüyü nəticəsində xoşagəlməz hadisə baş verib. Evlənmək vədi qızın bütün xəyallarını puç edib.

Bununla bağlı "Sputnik Azərbaycan” Xəzər rayon hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumatlara görə, 1992-ci il təvəllüdlü rayon sakini T.X. aprelin 15-də gənc oğlanla evdən qaçıb. Həsənov (ad şərtidir – red.) qızla evlənməyi vəd etdikdən sonra T.X. onunla qaçmağa razılıq verib. Gənc oğlan qızı öz evinə aparıb və burada onunla intim münasibətdə olub. Ancaq üç həftədən sonra o, rəfiqəsinə bildirib ki, onunla evlənmək fikrindən daşınıb və qızı atası evinə qaytarıb.
Zərərçəkmiş Xəzər rayon polis idarəsinə müraciət edib. Ancaq hüquq-mühafizə orqanları bildirib ki, hadisə zamanı qıza qarşı heç bir zorakılıq edilməyib. O, yetkinlik yaşına çatıb və qərarı özü verib. Digər tərəfdən, ortada aldadılma faktı var.
Hazırda araşdırmalar gedir. Əməli sübuta yetirilmədiyi üçün Həsənov saxlanılmayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az