Fazil Mustafaya Əmir Muxtar "ŞİLLƏSİ" – Beşinci əsrin "mustafası"

Fazil Mustafaya Əmir Muxtar

"Yoxdur yer üzündə elə bir şiə ki, səhər günah etsin, axşama cəzasını almasın, yoxdur yer üzündə elə bir şiə ki, axşam günah etsin, səhərə cəzasını almasın!" İmam Museyi-Kazım belə deyib. Və sadəcə mən əlavə edirəm: Allah qiyamətə qədər əhli-beyt əhlinə qarşı çıxanları, onları aşağılayanları boş buraxıb: dinindən, məzhəbindən asılı olmayaraq! Allahın boş olduğunu bildiyi yarat(d)ıqlarına Allah yerdə qalan Yer bəndələrinin münasibətinə nəzər yetirməkdədi! 15 əsrdi! Və... tamaşa edib, tamaşa edir, tamaşa da edəcək ki, şərəfinə yaratdığı Yer üzündə bu müqəddəslərə kin-nifrət püskürənlərin qabağına kim çıxacaq! Kim Kövşər təşnəsi olacaq, kim əqidəsinə sonadək sadiq olacaq, kim "bir haqsızın qabağına bir haqlının çıxa biləcəyini nümayiş etdirmək üçün" vuruşacaq, toxum-tayfası öldürülsə də, balası oxlansa da, təslim olmayacaq, kim "başına gələn zülmətlər gündüzün başına gələrdisə, ətrafı zülmət bürüyərdi də", amma və lakin... yenə də "Atasının Qızı", xəyalında belə müxalif olmadan yalnız və yalnız "Ərinin Xanımı", "Övladlarının Anası" olaraq qalacaq və "İki Dünya xanımı" kimi şərəflənəcək!
Kim...
Kim...
Kim...
Əlbəttə ki, dünya bir yana, Əli (ələyhissalam) və şəhid oğlu həzrəti Hüseynin təəssübü bir yana, Azərbaycan bir yana, heç qeydiyyata alınmayan AXC-nin şərəfini daşımaq xoşbəxtliyini Mustafayev Fazilə rəva görməyən Allahın... mənsub olduğu bir qövmün bütün müqəddəsliklərinə dil uzadan ikinci bir belə bəndəsi də yoxdu!
Mustafa(yev. bundan sonra hər yerdə "Mustafa" - A.C.) Fazilin ay ərzində, xüsusilə də müqəddəs orucluq ayında silsilə perforsmanları bir daha adama münasibət bildirməyə məcbur etdi! Çünki adamı 17 il qabaq rəsmən mətbu şəkildə düşüncəmdə dəfn etmişdim: onda "Türkün manifesti"ni yazırdı, indi YAP-ın daha Böyük formatda Quruluşu üçün Parti YAPır, yəni ki, qıdıqlanmaqla diri qaldığını zənn edən bu "akula"nı qıdıqlayıb bu günəcən gətirsəydim də, xeyri olmazdı: adam zatən də siyasi meyit!
Ən azından ona görə ki:
təfəkkürü - ibtidai icma səviyyəsində;
mübarizəsi - SIFIR;
əqidəsi - SIFIR;
əxlaqı - SIFIR;
tarixi bilgiləri - SIFIR;
İQ-sü - SIFIR!
İzah etməyə özümü borclu bilirəm! 
Adam var reallıqdan danışır - "nağıl"dı, yəni yalandı, nifrəti haqq edir: qanundan tutmuş milli mental dəyərlər tapdanaraq edildiyi üçün!
Adam var xatirə danışır - yəni nəqlə çevrilmiş, artıq nağıl olmuş... amma həqiqətdi, dəyərdi: insanlıq, ölkə üçün atılan addımlardı!
Adamlar da var hətta öz reallıqları qarşılığında bu həqiqətlərə qulaq asmırlar! Ki... "böyük"lükləri çooox kiçik görünür və gələcəkdə xatirə ola bilməyəcək dərəcədə, hətta xatirələr dilə gələndə belə düşüncələrində rəva görmürlər ki, tapdadığı dəyərləri qoruyanların var olduğu səslənsin! - son statuslarımdan biridi, Mustafa Fazili qəsd edib yazmışdım.
Niyə?
Baxın, adamı izləyin: ölkə tarixinin nə müqqəddəs düşüncə adamı, mübarizə ismi, dəyər adına kimi varsa, aşağılmaqla məşğuldu!
Adam tarixçi deyil! Tarix üzərində tvist oynayır!
Adam siyasətçi deyil! Bütün siyasi ballarda, maskaradlarda "medlennıy" "oynayır" - Əbülfəz Elçibəydən, Fətullah Güləndən ta bu günə qədər və adını çəkmək istəmədiklərimizlə!
Adam hüquq təhsili alıb: ölkədə başdan-ayağa qanun pozuntusudu, hətta oracan ki, vəkillər vəkillikdən qanunlar tapdalanaraq qovulur, hakimlər hakimlik etməkdən imtina edir, siyasi fəallar həbs olunur, işgəncələr verilir, xaricdən gəlib təsdiq edirlər, bu... burdan bura görmür və... gedir çıxır 15-ci əsrə.... Şah İsmayıl eşələyir!
Burdan bura... içəridə... həbsxanalarda dini əqidəsinə görə vicdan məhbusu kimi çürüdülənləri saxlayıb, gedib çıxıb beşinci əsrə... imam Hüseyn eşələyir!
Burdan bura rayonlarda qaz verilmir, işıq kəsilir, adamlar tarlalarda zəhərlənir, xəstəxanalarda həkim səhlənkarlığı ucbatından heç nədən vətəndaşlar ölür, bu gedir 19-cu əsrə, 20-ci əsrin əvvəlinə, Mirzə Fətəlini zəhərləyir, Qaçaq Nəbini öldürür, Həcərin balağına burun soxur!
Əlli nəfər cavab yazdı, əlli nəfər təhqir etdi, biri hətta məhkəməyə vermək istəyir, heç biri ilə razı deyiləm, çünki heç biri o sualı vermədi ki, sən kim olursan Mustafa Fazil? Hansı savadınla, hansı əxlaqınla, hansı mübarizənlə sən bu ağıl verməyi haqq edibsən, ittiham haqqını qazanıbsan?
Heç biri də demədi ki, Şah İsmayılın paçasını, dalını-qabağını qurdalamaqdansa, ərazisinin 20 faizi işğalda ola-ola atəşkəsə imza atana nəsə dedin? Hardaydın onda? 
Heç biri də demədi ki, sən kim olursan ki, imam Hüseyn mübarizəsinə və bu mübarizəyə səcdə, pərəstiş, beyət edən insanlara xor baxırsan, handa ki, bir qrupda oxuduğun, bir yataqxanada qaldığın, bir evdə çörək kəsdiyin, bir komandada təmsil olunduğun, suçu Əmirxanın oğlu Əli Kərimlidən qeydiyyata alınmayan AXC-ni belə qopara bilmədin o boyda maliyyə dəstəyiylə... əlinən başından ancaq bu gəldi ki... yaz(dır)asan: Kərimov Əli!
Əlindən-başından gələn həm də bu oldu ki, səni yuvarlandığın çirkabdan qorumaq istəyən, səni xilas etmək istəyən, həyatında çox cüzi bir şərəfli mərhələ olan milli-azadlıq hərəkatı tarixində qalmağın üçün çalışan... 25 ildi bu hakimiyyətə qarşı satılmadan, dönmədən, sınmadan, əyilmədən, böyük mübarizə imzaları Şahvələd Çobanoğluna, Zamin Vəzir Hacıya, Elnur Astanbəyliyə "cırıq üçlük" deməyi özünə rəva gördün!
Bir mandata siyasi liderindən imtina edib "konstruktivləşdin".
Bir mandata, bir neçə otağa, bir neçə min manat aylığa təmsil olunduğun partiya rəhbərinə nəinki siyasətçiyə, heç üç yaşında uşağa yaraşmayan hərəkəti etdin!
Ən nəhayət, sən hansı haqla danışırsan ki, saxta yolla deputat seçilməyin göz qabağındadı! Sən ancaq bu hakimiyyəti dəstəkləyə, tərifləyə, bu hakimiyyətə yaltaqlana bilərsən! Sənin millət vəkili kimi də, siyasətçi kimi də, vətəndaş kimi də səlahiyyətin, söz haqqın bura qədərdir!
Hansı mübarizən var?

Əli Kərimliyə Kərimov Əli yazmağındımı mübarizə?
Elçibəy ideyalarını "YAP konstuktivizmi"nə barter etməyinmidi siyasi təfəkkür kreativliyi?
Hansı ictimai-siyasi əxlaq nümunəsini sərgiləmisən?
Hansı intellektual əsərin var - nurçuluğun təbliğatından başqa?
Araşdırmağa qalsa, dədənin Naxçıvanda necə mehmanxana işlətməyini və hüquq fakültəsinə qəbulunu araşdırmaq yetər!
Və faciən odur ki, adam, sən beşinci əsrdə də qalıbsan. Beşinci əsrdən bir il nədi e, bir gün də bu yana keçməyibsən!
Keçsəydin, çox şeyi anlayardın.
Adam, sən həmişə Azərbaycana şərəf gətirənlərin deyil, Azərbaycanı tapdayanların yanında olubsan!
Azərbaycana xəyanət edənlərə müqavimət göstərməyibsən!
Azərbaycan üçün çalışanlara xəyanət edibsən!

Bunları demək lazım idi və ən sonda da xatırlatmaq lazım idi: 15 ildə hakimiyyətin dəstəyiylə suçu Əmirxanın tələbə yoldaşı olan oğluna qalib gələ bilmədin, "Bədrin aslanı" həzrəti-Əlinin Kərbəla şəhidi olan İMAM oğluna 15 əsrlik sevgiyə flört YAPmağın nə?
Sən həyatda Kərimov dediyin Əliyə hakimiyyətinlə birgə uduzmusan, ay adam, 15 əsrdi yaşayan həzrəti-Əliyə nə cumursan?
Sən 20 faiz torpağı işqalda ola-ola atəşkəsə imza atan sərkərdənin qulusan, sənin 14 ildə 14 ölkə fəth edən Şah İsmayılda nə işin?
Sən qeydiyyata alınmayan bir partiyanı ələ keçirə bilmədin, ölkənin təfəkküründə inqilab edən Mirzə Fətəlidə nə işin var?
Dədəndən mehmanaxana işlətməyi, siyasi ağalarından xəyanəti öyrənibsən, get məddahlığını elə!
Bunlar deyilməliydi və çəkinmədən deyilməliydi!
Qoy olmayan şərəf və ləyaqətinə görə (saxta seçkiləərdə deputat mandatını alanda itirildiyi bəlli!) verəydi məhkəməyə, qoy görəydi ki, imam Hüseyn eşqinə, onun mübarizəsinin dəyəri olaraq, bir haqsızın qabağına bir haqlının çıxa biləcəyini nümayiş etdirmək üçün bütün fədakarlıqlara hazır olan birini görəydi! 
Yoxs ki...
Yoxsa ki... imtina edək imam Əlidən, imam Hüseyndən, Şah İsmayıldan, Babəkdən, Mirzə Fətəlidən, Qaçaq Nəbidən, Həcərdən, nəhayət, Elçibəydən, Əli Kərimlidən, neyniyək, səni kimi edək?
De də, kimdən yapışaq? Kimi Öndər edək, kimə təkyə quraq? Kimin qılıncının altından keçək? Kimi tariximizin fatehi yazaq? Kimi milli-azadlıq hərəkatına lider edək? Kimi irticayla mübarizədə qəhrəman bilək?
Sənimi? FETÖ-numu? Fərəc Quliyevimi? Aynur Camalqızınımı? Deputat seçiləndə legitim, seçilməyəndə parlamenti qeyri-legitim sayan Pənah Hüseynimi?
Bəlkə imam Hüseyn sevgimizi və təhqir etdiyin, aşağıladığın, tarixin verdiyi titullardan məhrum etmək istədiyin digər tarixi şəxsiyyətlərə olan sayğımızı Hacı Məmmədova, Səlim Müslümova, Eldar Mahmudova, Ziya Məmmədova, Surət Hüseynova (qalanının özün əlavə) bəsləyək, göstərək!?
Böyük məmnuniyyətlə məhkəmədə ittihamlarını dinləməyə hazıram: tarix üçün!
Qoy xalq şahid olsun və məhkəmə sənədləri arxivdə qalsın: 21-ci əsrdə beşinci əsrin "mustafası" olub!
Adı: Qəzənfəroğlu Fazil!
Bəsdi də, adam!
Heç olmasa, əvvəllər sənə kimsə qadağa qoyurdu ki, get fermada qoyunlarını otar, deyəsən, daha onu da deyən yoxdu!


Aydın Canıyev

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az