Fələstin İsraili beynəlxalq məhkəməyə verib

Fələstin İsraili beynəlxalq məhkəməyə verib

Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib.


"Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.

Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az