“Fərqli vaxtda azan verənlər cəzalandırılacaq” – Mübariz Qurbanlı

“Fərqli vaxtda azan verənlər cəzalandırılacaq” – Mübariz Qurbanlı

"Ramazan ayında məscidlərdə azanın müxtəlif vaxtlarda səslənməsi ilə bağlı bizə bu günə qədər müraciət daxil olmayıb”.

"Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsdiq etdiyi təqvim var: "Rəsmi təvqimdən kənara çıxan məscid olarsa bununla bağlı tədbir görüləcək. Yerlərdə olan nümayəndələrimiz azanı QMİ-nin təqvimindən fərqli vaxtda verən imam və ya naiblər haqqında protokol tərtib edə bilərlər”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az