FHN Mingəçevir İES-dəki qəza ilə bağlı məlumat yayıb

FHN Mingəçevir İES-dəki qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb. 

Miq.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.
 

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az