Fransa məhkəməsinə müraciət edən azərbaycanlı mühacirlərin sayı azalıb

Fransa məhkəməsinə müraciət edən azərbaycanlı mühacirlərin sayı azalıb
Son dörd ildə Fransa Qaçqınlar üzrə Milli Məhkəməsinə (CNDA) müraciət edən azərbaycanlı mühacirlərin sayı azalıb.

"Report”un Fransa bürosu xəbər verir ki, bu, Fransanın Qaçqınlar üzrə İdarəsinin sığınacaq müraciətlərinə mənfi cavab verməsindən sonra olub.
Nəticədə 2015-ci ildən Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə işlərinə yenidən baxılması üçün müraciət edən azərbaycanlı mühacirlərin sayı azalmaqda davam edib. Belə ki, məhkəməyə müraciət edən azərbaycanlıların sayı 2015-ci ildə əvvəlki ilə nisbətən 15,5 faiz, 2016-ci ildə 12.8 faiz, 2017-ci ildə 28,3 faiz, 2018-ci ildə isə 17,8 faiz az olub.
Qeyd edək ki, Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə (CNDA) Küveytdən olan mühacirlərin müraciətlərinin sayı 2018-ci ildə ötən ilə nisbətən 900 faiz, Braziliyadan 766,7 faiz, Uqandadan 600 faiz artıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az