Füzuli işsizlikdən can verir, başçısı müşavirə keçirir - FOTOLAR

Füzuli işsizlikdən can verir, başçısı müşavirə keçirir - FOTOLAR

Füzuli rayonu kommunal problemlər içərisində can verir. Belə vaxtda isə qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib.

Tia.az-a verilən məlumata görə, müşavirədə rayon icra başçısı Alı Alıyev iştirak edib və ağızdolusu görülən işlərdən, dinamik inkişafdan danışıb.

Əldə etdiyimiz xəbərdə bildirilir ki, işğalda olan rayonumuzda sosial problemlər xirtdəyə çatıb. A.Alıyev isə dövlət büdcəsindən ayrılan xərclərdən bir qəpik də rayonun inkişafı üçün xərcləməyib.

Prezident Horadiz şəhərinə səfər edərkən bir sıra sosial obyektlərin və digər inzibati binaların açılışında iştirak edib. Elə dövlət başçısı Horadizdə açılışını etdiyi iş yerlərindən biri də Tikiş fabriki olub.

İcra başçısı bəh-bəhlə irəliyə çıxıb ölkə başçısını məhz elə burda aldadıb. Belə ki, prezidenti aldadan Alı Alıyev qohum əqrabalarını, tanış bilişini tikiş fabrikinə yığaraq öz yalanları ilə prezidenti aldadıb.

Prezident gedəndən dərhal sonra "işçiləri" çıxardaraq qapını bağlayıb. Bu günə qədər açılışını etdiyi "Tikiş Fabriki" işləmir.

Sahibkarlara göz verib işıq verməyən icra başçısı bu sahədə də prezidenti aldadır. Buna misal olaraq deyə bilərik ki, Horadizdə beton zavodu fəaliyyət göstərir, amma icra başçısı prezidentə həmin zavodun fəaliyyət göstərdiyini yalan məlumat verib.

Zobcuq 2 qəsəbəsində çörək sexini fəaliyyəti başçı tərəfindən dayandırılıb. "Qarabağ Broyler" artıq öz fəaliyyətini dayandırıb.

Məlumatlara görə, buranında dayandırılmasına səbəb məhz elə icra başçısıdır. Bütün bunlar rayonda sosial problemlərə, işsizliyin artmasına gətirib çıxarıb. Sakinlər əkin-biçin, taksi sürücüsü, fəhləliklə dolanır.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az