Füzulidə minaya düşənlərin çəkdikləri son - VİDEO

Füzulidə minaya düşənlərin çəkdikləri son - VİDEO

Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota” markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşərək həlak olan şəxslərin (Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı) çəkdiyi son video yayımlanıb.

Miq.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda doğma yurdlarına qayıdan şəxslərin sevinci əks olunub.

Qeyd edək ki, 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə "Toyota” markalı avtomobil iki ədəd tank əleyhinə minaya düşüb. Nəticədə avtomobildə olan dörd nəfər həlak olub.

Həmin görüntüləri təqdim edirik:
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az