Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü...

Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü...

Gədəbəydə 20 yaşlı qızın özündən 3 yaş kiçik qardaşını qətlə yetirməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Miq.Az Lent.az-a istinadən xəbər verir ki, Slavyanka kəndində ehtiyatsızlıqdan 2001-ci il təvəllüdlü qardaşı Samir Alıyevi boğaz nahiyəsindən bıçaqlayaraq öldürən Sevinc Alıyevanın nişanlı olduğu və ailənin toya hazırlaşdığı məlum olub. 
 
Bildirilir ki, ailə başçısı Sübhan Alıyev vaxtaşırı olaraq işləmək üçün Rusiya Federasiyasına gedir və hazırda qonşu ölkədədir. Hadisədən sonra ona məlumat verilib və uşaqların atası ölkəyə qayıdır. 
 
Vəfat edən 17 yaşlı Samir Alıyev məktəbi bu il bitiribmiş.
 
Hadisə ilə bağlı daha konkret məlumatlar prokurorluqda aparılan araşdırmadan sonra üzə çıxacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az