Gədəbəydə itkin düşmüş şəxslə bağlı dəhşətli fakt üzə çıxdı

Gədəbəydə itkin düşmüş şəxslə bağlı dəhşətli fakt üzə çıxdı
Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəydə qətl törətməkdə təqsirləndirilən Zakir İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Miq.az ölkə.az-a istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası may ayının 14-nə təyin edilib.
İttihama görə, ötən il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazindən keçən hissəsində iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az