Gədəbəydə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir - TƏFƏRRÜAT

Gədəbəydə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir - TƏFƏRRÜAT

Gədəbəy rayonunda yol kənarında meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal olunur.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunda qeydiyyatda olan və Əttəpə kəndi ərazisində yaşayan Bədəlov Emin Kamal oğlu bir müddət əvvəl axşam saatlarında, naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdən bayıra çağırılıb və məlum olmayan istiqamətdə aparılıb.

Həyat yoldaşının sözlərinə görə, o, ərindən bir xəbər olmadığını görüb, polisə məlumat verib. Faktla bağlı aparılan axtarışlar nəticəsində bu gün Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Çaylax adlı ərazidə, çayın içində onun meyiti tapılıb. Üzərində zorakılıq əlamətləri olan meyit tibbi ekspertizaya aparılıb.

E.Bədəlovun 2 uşaq atası olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisənin kim və ya kimlər tərəfindən, hansı şaraitdə törədildiyi araşdırılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az