Gələn il pensiyalara 3 milyard 743 milyon manat ayrılacaq

Gələn il pensiyalara 3 milyard 743 milyon manat ayrılacaq
2019-cu ildə Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyalarının ödənilməsi üçün  3 milyard 743 milyon manat vəsait ayrılacaq.

Modern.az-ın məlumatına görə, bu barədə "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Bundan əlavə, fondun büdcəsindən dəfn üçün 17 milyon manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri üçün 22 milyon  500 min manat  vəsait ayrılacaq.
 
Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az