“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi elan edilib

“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi elan edilib

        
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu gənclərin cəmiyyətin social-iqtisadi və mədəni inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində səyləri birləşdirmək üçün, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, bu sənədin "7.5.2. Prioritet 5.2. İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” bölməsinin qarşıya qoyduğu vəzifələri əsas tutaraq "2 Fevral – Gənclər Günü”ndə "Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinı elan edib.
   
Müsabiqənin məqsədi maliyyə savadlıllığı üzrə, xüsusən ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, müsabiqə mövzusuna uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır. 

Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom və pulla mükafatlandırılması nəzərdə tutulub:

1-ci yer: 1500 manat  (1 mükafat)
2-ci yer: 1000 manat  (2 mükafat)
3-cü yer: 500 manat   (3 mükafat)
Mükafat müsabiqəsində AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, maliyyə-kredit sistemindəki təşkilatlardan, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən sənədlərin təqdim olunma gününədək yaşı 35 və ya 35-dən aşağı olan, əlaqəli sahədə ali təhsilli (ən azı magistr dərəcəsinə malik olan) gənc alim və mütəxəssislər bərabər əsaslarla və şəffaflıq qorunmaqla iştirak edə bilərlər. 

Məqalənin sonunda və ya əvvəlində "Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun "Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim etmək üçün dərc olunur” qeydi verilməlidir. 
Müsabiqəyə sənədlər 2017-ci il 12 fevral tarixindən başlayaraq qəbul olunacaq. Sənədlərin son qəbul günü 2017-ci il 25 aprel, saat 17.00-dır. Nəticələr 2017-ci ilin may ayının ilk ongünlüyündə açıqlanacaq, xüsusi təqdimat mərasimində mükafatlar təqdim ediləcək. 

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda və Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Mükafat müsabiqəsi ilə bağlı daha ətraflı məlumatı http://www.sdf.gov.az/ saytından əldə etmək mümkündür.  

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az