Gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə ənənəyə uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət Himni ifa edilib və tədbir açıq elan olunub.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar,



əsgər valideynləri iştirak ediblər.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az