Gənc müəllim kirayə qaldığı ev sahibinin oğlu tərəfindən oğurlandı - Azərbaycanda

Gənc müəllim kirayə qaldığı ev sahibinin oğlu tərəfindən oğurlandı - Azərbaycanda

Daşkəsən rayonunu Almalı kəndində baş verən dəhşətli hadisənin təfərrüatları ortaya çıxıb.


Miq.az goldnews.az-a istinadən xəbər verir ki, qətlin detalları haqqında ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində məlumat verilib. Zülfiyyə adlı müəllimin sözlərinə görə, Daşkəsən rayonu Almalı kənd məktəbinə təyinat alıb və həmin kəndin sakini Gəray adlı şəxsin evində kirayədə qalmağa başlayıb. Daha sonra isə Gərayın qızı tərəfindən aldadılaraq qaçırılıb.

"Mən Gəray adlı şəxsin evində sentyabr ayından qalmağa başlamışam. Bir neçə müəllimə ilə birlikə o evdə qalırdıq. Yanvar ayında onun oğlu hərbi xidmətdən qayıtdığı üçün evdən çıxdıq. Bir müddət sonra Gərayın qızı mənə zəng edərək nişanlısı ilə dalaşdığını və onları barışdırmağı məndən xahiş etdi. Məndə onunla görüşməyə getdim. Lakin məni aldadaraq əmisinin evinə gətirdi. Anladım ki, məni Gərayın oğlu üçün qaçırıblar. Mənə qarşı o evdə zorlakılıq edildi".

Lakin ev sahibi Gəray, qadın müəllimin yalan danışdığını, öz istəyi ilə oğluna qoşulub qaçıdığını bildirib.

Qeyd edək ki, müəllimi qaçırdığı deyilən gənc oğlan qızın dayısı tərəfində öldürülüb. Lakin ata oğlunun ölümündə qızın əmisinin də əli olduğunu iddia edir.

Miq.az 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az