"Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

"Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcəklər".

 

Miq.az xəbər verir ki, bu barədə report-a fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.

E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az