GƏNCƏDƏ YAŞAYIŞ BİNASINDA PARTLAYIŞ – Ölənlər var (FOTOLAR)

GƏNCƏDƏ YAŞAYIŞ BİNASINDA PARTLAYIŞ – Ölənlər var (FOTOLAR)

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən "Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Dağıntılar altında qalanlar var.

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılıb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az