Gəncləri işə götürən sahibkarlara güzəştlər ediləcək

Gəncləri işə götürən sahibkarlara güzəştlər ediləcək
"Hazırda həm qanunvericiliyə, həm də peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır".
 
Bunu peşə təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
 
Onun sözlərinə görə, bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq: "Onların əməkdaşlıq səviyyəsindən asılı olaraq müəyyən güzəştlərin olması nəzərdə tutulur"/Report

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az