General-mayor Qabil Məmmədovun namizədliyi QEYDƏ ALINMADI

General-mayor Qabil Məmmədovun namizədliyi QEYDƏ ALINMADI

Sabiq korpus komandirinin deputatlığa namizədliyi qeydə alınmadı

Azərbaycan ordusunun ləyaqətli və nüfuzlu hərbçilərindən biri, tanınmış general-mayor, keçmiş birləşmə komandiri (korpus komandiri) Qabil Məmmədovun  növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı məlumat vermişdik.
 
Miq.Az xəbər verir ki, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyini irəli sürən general özünün feysbuk səhifəsində status paylaşıb:

"...Bildiyiniz kimi, mən 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyimi irəli sürmüşdüm. Bildirmək istəyirəm ki, göstərdiyim səylərə baxmayaraq, yanvarın 9-da, Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim "İP adresimi” tanımadı. Bu səbəbdən Sizlərin gözləntilərini doğrulda bilmədim.
Allah vətənimiz Azərbaycanı qorusun!” – deyə general Q.Məmmədov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əfsanəvi generalı, sabiq korpus komandiri, general Qabil Məmmədovun deputatlığa namizədliyinin qeydə alınmamasını vətəndaşıarın çoxusu üzücü xəbər kimi qarşılayıbıar.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az