General MSK-nın qərarından ŞİKAYƏT EDƏCƏK -Apellyasiya Məhkəməsinə

General MSK-nın qərarından ŞİKAYƏT EDƏCƏK -Apellyasiya Məhkəməsinə

Azərbaycan Silahlı Qüvvələrinin sabiq korpus komandiri, general Qabil Məmmədov deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı şikayət edəcəyini açıqlayıb.

Miq.Az xəbər verir ki, bu barədə general öz şəxsi feysbuk səhifəsində məlumat verib:

"Dövlətimiz, gələcəyimiz qarşısında çiyinlərimə götürdüyüm bu ağır, məsuliyyətli və şərəfli missiyanı sona kimi yerinə yetirməyi özümə borc bildiyimdən, Mərkəzi Seçki Komissiyasının barəmdə qəbul etdiyi qərəzli qərarından Bakı Apelliyasiya Məhkəməsinə şikayət ərizəsi verəcək və şəbəkələşmiş saxtakar məmur-oliqarxlara qarşı mübarizəni hüquqi müstəvidə davam etdirəcəyəm. İnşallah qanunun aliliyi təmin olunar, haqq və ədalət öz yerini tutar.
Allah vətənimiz Azərbaycanı qorusun!”.

Xatırladaq ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. İmza vərəqələrini DSK-na təhvil versə də, namizədliyi qeydə alınmamışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az