General: "Yerli qərargahlar yaradılsın, Allahın evlərində, rayon və kəndlərdə..."

General:


Qabil Məmmədov,
general-mayor

Dəyərli Dostlar!

Bildiyimiz kimi, cavabdeh dövlət qurumlarımızın və əhalinin koronavirusla mübarizədə göstərdikləri səylərə baxmayaraq hələ də vəziyyəti stabilləşdirmək mümkün olmamışdır. Və çətin ki, yaxın zamanlar ərzində, bu mövzu gündəmdən düşə bilsin. Biz onu da dərk edirik ki, ölkə üzrə elan olunmuş karantin rejmi şərtlərinin sərtləşdirilməsi və yaxud uzadılması məsələləri, büsbütün vəziyyətin gedişatından və onun göstəricilərindən aslı olacaqdır. Belə olan təqdirdə, vəziyyətin daha da gərginləşəcəyi, əhalinin isə müəyyən hissəsinin maddi sıxıntılarla üzləşəcəyi qaçılmaz olacaqdır. Bu baxımdan, bizim hər birimiz, bir insan, müsəlman olaraq, rastlaşdığımız bu ağır gündə və savaşda, təminatsız qalmış və yaxud, zəif təminatlı qardaş - bacılarımıza dəstək olmalı, milli həmrəylik nümayiş etdirməliyik. Amma bu tip fəaliyyətlər, təkcə söz söyləmək və ya istək ifadə etməklə həyata keçirilmir, onları təşkil etmək lazım gəlir. Biz hər bir şeyi dövlətin üzərinə yükləməməliyik, ağır günlərimizdə ona dayaq olmalıyıq. Bu baxımdan, konkret olaraq sözdən əmələ keçmək məqsədlə, bu günə kimi görülmüş, görülməkdə davam edən tədbirlərdən əlavə olaraq bir sıra təkliflərimi vermək istərdim:

1. Birinci Vitse Prezident Mehriban Əliyevanın ümumi rəhbərliyi altında, Respublika üzrə şəbəkləşdirilmiş (bir mərkəzdən idarə olunan) Xeyriyyə Cəmiyyəti, onun qərargahı və saytı yaradılsın.
2. Cəmiyyət öz fəaliyyətini, Mərkəzi Seçki Komissiyasının inzibati heyəti və material bazası (kompyüterləşdirilmiş elektron sistem mövcuddur) üzərində qursun.
3. Hər şəhər, rayon və kəndlərdə, bu cəmiyyətin filialları - yerli qərargahlar yaradılsın.
4. Bu fəaliyyətdə, DSK sədriləri yerli qərargahlara, MSK sədri isə respublika üzrə rəhbər təyin edilsinlər.
5. Ölkə üzrə bütün rayon və kəndlərdəki imkansız insanların ünvanlı siyahıları hazırlansın. Bu siyahıların hazırlanmasında, əhalinin seçəcəyi yerli nümayəndə və din xadimləri çox aktiv şəkildə təmsil olunsunlar.
6. Könüllü şəkildə yardım etmək istəyən imkanlı insanlar, çətinlik çəkmədən yerlərdə (kəndlərdə, rayonlarda, şəhərlərdə, hətta xaricdə) bu cəmiyyətin nümayəndələrinə/hesblarına (bütün mədaxil/məxariclərdəki şəffaflığı təmin etmək məqsədilə bütün məlumatlar saytın onlayn rejimində hamı üçün əlçatan olsun) öz yardımlarını (ərzaq, pul) qərargahlarda təhvil verə bilsinlər.
7. İmkansızlara paylanacaq yardımların miqdarı və ünvanı, yerli qərargahlar tərəfindən qərarlaşdırılsın.
8. Yardımların imkansızlara paylanışı – Allahın evlərində, məscidlərdə təşkil edilsin.
9. TV-də bu mövzuya geniş yer ayrılsın, yardımlar təbliğ edilsin.
10. Yerlərdəki ümumi cabahdehlik icra hakimlərindən, respublika üzrə isə PA rəsmisindən soruşulsun.
11. Cəmiyyətin icraçı orqan və yerlərdəki məsul vəzifəli şəxslərinin fəaliyyətinə nəzarət - DTX həvalə edilsin.
 
Qeyd: Bu qərargahlar və xeyriyyə cəmiyyəti, sıxıntılı dövrlər zamanı (ərzaq qıtlığı), əhalini talonlu əsasda ərzaqla da təmin edə bilər.

Allah xalqımızı və vətənimiz Azərbaycanı orusun!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az