Generaldan koronavirus XƏBƏRDARLIĞI: "Xalqımız sınaq qarşısındadır!"

Generaldan koronavirus XƏBƏRDARLIĞI:

Dəyərli Dostlar!

Hökumətimizin attığı addımlara baxmayaraq, koronavirus sürətlə yayılmaqda davam edir. Görülmüş və görülməkdə davam edən tədbirlər öz lazımi effektivliyini göstərə bilmir. Əlbəttə, birinci növbədə, bu işdə bir vətəndaş olaraq özümüz günahkarıq. Çünkü bütün tövsiyə və qadağaları qulaqardına vururuq. Bu minvalla davam etsək, bizi fəlakət gözləyir. Belə olan təqdirdə, hökmət ağına-bozuna baxmadan daha radikal addımlar atmalıdır. Bir vətəndaş kimi hökumətə bunları təklif edərdim:

- Ölkədə hərbi vəziyyət elan olunsun, hərbi idarəetmə orqanları yaradılsın
- Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar, gecikdirilmədən dərhal tutduğu vəzifəsindən kənarlaşdırılsın
- Milli qvardiya, Daxili qoşun heyəti, polislə bərabər patrul fəaliyyətini gücləndirsin
- Maddi cəhətdən təminatsız qalmış ailə və insanlar, dövlət təminatına götürülsünlər
- Ərzaq və həyatı baxımdan digər strateji məhsulların bu günə olan ehtiyatı, istehsalı və paylanışı çox ciddi uçota götürülsün
- Metro bağlanılsın
- Fəaliyyət göstərən müəssə və strukturlarda, gigiyenik və sanitar-epidemoloji tədbirlər, aparılan nəzarət gücləndirilsin
- Tibbi karantin mərkəzləri ləğv edilsin və xəstəliyə yoluxmuş sakinlər müalicəni öz evlərində alsınlar.
- Hər bir şəhər və rayon, tibbi baxımdan inzibati sahələrə bölünsünlər və hər sahəyə cavabdeh olacaq tibbi qruplar, nəzarətlərində olan xəstələrin müayinəsini, medikamentlə təminatını təmin etsinlər. Əks halda, xəstələrin sayının çoxalacağı təqdirdə buna nə yer, nə də tibbi heyət tapmaq olacaq. Olsada belə, o yerlərdə nəzarətsizlik və antisanitariya baş alıb gedəcək. Və belə olan təqdirdə, bu yerlər epidemiyanın yayılma ocağına çevriləcək.
- Müalicə müəssələrində, ancaq xaricdən gələnlər, tənha (baxımsız) insanlar yerləşdirilsin
- Hər bir rayon və sahədə, vəfat etmişləri evlərdən evakuasiya edərək dəfn etmək üçün qruplar yaradılsın. Bu işə polis, Daxili qoşun, Milli qvardiya, dini xadimlər və FHN şəxsi heyəti aktiv cəlb edilsin.
- Ordunun şəxsi heyəti (general-əsgər), tam şəkildə kazarma vəziyyətinə keçirilsin (şəxsi heyət arasında ehidemiyanın yayılmasının qarşısını almaq üçün)
- əhalinin müalicəsi öz evlərində təşkil ediləcəyi təqdirdə, o zaman hökmətin təminat və təchizatla, tibbi personalla bağlı işləri çox asanlaşar və nəticə də effektiv olar. Əks təqdirdə bizlərdə xaos yarana bilər.
- Və telekanallarda ev şəraitində təşkil olunacaq müalicənin aparılması qaydaları, o ünvana cavadeh olan tibbi qruplarla əlaqə haqqında verilişlər hazırlansın.
- Əhali, maska və spirtlə dövlət tərəfindən təmin edilsin.
- Və digər zəruri addımlar.

Qeydlər:

1. İnsanlar biləndə ki, onların sağlamlıqları onların özlərindən aslıdır, o zaman psixoloji olaraq bu işə görə özləri və ailə üzvləri qarşısında olan fərdi məsuliyyətləri birə on artacaq və heç kimdən heç nə gözləməyəcəklər.
2. Sahələr üzrə cavabdeh tibbi qruplar, 24 saatlıq növbətçilik aparmalı və gündə 1 dəfə xəstələrinə yerlərdə baş çəkməlidirlər.
3. Evlərdəki xəstələrə baş çəkilən zaman, tibbi qruplar lazım olan dərman və digər ləvazimatları özlərilə gətirməli, ünvanlı təminat həyata keçirməlidirlər.
4. Bu ağır zamanda, xəstələrdən rüşvət istəyənlər, varlanmaq marağında sünü qıtlıqlar yaradan və qiymət qaldıranlar yerindəcə həbs edilərək hərbi qanunlarla mühakimə edilsinlər.
5. Əhali, həmrəylik və ayıq-sayıqlıq göstərməli, təyin olunacaq qaydalardan kənarlaşan vətəndaş və vəzifəli şəxslər barədə, DTX tərəfindən təşkil olunacaq Çağrı Mərkəzinə məlumat ötürməli, Karantin rejiminin təminatına kömək etməlidirlər.

Əziz bacı və qardaşlar!

Bu virus bizlərə ziyan vurduğu kimi, bizləri birləşdirə və həmrəy də edə bilər. Bir Millət kimi formalaşmağımızda, bir yumuruğa çevrilməyimizdə əvəzsiz rol oynaya bilər. Hər şey özümüzdən aslıdır. Biz bu ağır dövrdə, milli dəyər və ənənə yaratmalıyıq. Allahımız bizləri sınağa çəkir. Güc birlikdədir.

Allah xalqımızı və vətənimiz Azərbaycanı qorusun!

Ehtiyatda olan general-mayor
Qabil Məmmədov


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az