Gülənin qarşısında “Büyük Hoca Efendim” deyə ikiqat əyilən Mehmet Ağır indi kimin gözünə girmək istəyir?

Gülənin qarşısında  “Büyük Hoca Efendim” deyə ikiqat əyilən Mehmet Ağır indi kimin gözünə girmək istəyir?

Türkiyədə Mehmet Ağır adında keçmiş bir nazir var.  Zamanın nəbzi ilə yaşayan adamdır.

Vaxtilə, Mübariz Mənsimovun ətrafında dolaşıb. Onun  verdiyi mənzildə ondan aldığı maaşla yaşayıb. Oğlu narkotik istifadəçisi olduğuna görə, Mənsimov tərəfindən dəfələrlə tənbeh edilib.

Bir müddət keçəndən sonra Mehmet Ağırın adı bir sıra çirkli işlərdə hallandığını görən Mənsimov onu yanından qovmalı olub.

Zamanın nəbzini tutan Mehmet Ağır siyasi məğlubiyyətindən sonra Türkiyədə bütün iqtidarların dönəmində həmin dövrün yönətiminin dəstəkçisi olduğunu nümayiş etdirib, bəlli maraqlarını təmin edib.

Elə ki, dəstəklədiyi iqtidarın mövqeyinin bir az laxladığını görən Mehmet Ağır sonradan hakimiyyətə şansı qüvvələrə yol tapa bilir.

Bu gün də iş otağında Ərdoğanın portretini  başının üstündən asır, amma yaxın ətrafı arasında Ərdoğan haqqında ən sərt ifadələri işlədir.

Ancaq bu mövqesizliyi o qədər təkrarlaryıb ki, artıq hər kəs Türkiyədə ona ayama da qoşub.

"Sürüşkən adam” deyəndə ilk ağıla gələnlərdən biri məhz  Mehmet Ağırdır.

Eynulla Fətullayevə son müsahibəsində Mənsimov haqqında bir-birini təkzib edən ziddiyyətli açıqlamar verdi.

Sən demə vaxtilə Fətullah Gülənə "Büyük Hoca Efendim Fetullah Gülen” deyə xitab edən Mehmet Ağır Azərbaycan və Türkiyə sevdalısı olan Mənsimovu FETÖ-çü kimi təqdim etməyə çalışıb.

Özünün törətdiyi əməllərə gör 5 il həbs cəzası aldığını  unudan Mehmet bey bir az da ağsaqqal libasına bürünüb, yol da göstərir.

Daha dərk etmir ki, haqqında danışdığı adam  milyonlarla insanın sevgisini qazanıb.

O, insanlar üçün etdiklərini hansısa dövlətin büdcəsindən oğurlamaqla etməyib.

Öz halal qazancını hər kəslə böləcək qədər ürək sahibidir.

Mehmet Ağır isə görünür, kimlərə xoş gəlmək üçün bu cür üsula əl atıb.

Türkiyədə bu tip insanlar var. Buranın yönətimi ilə əlaqələri olduğunu və türk şirkətləri üçün layihə alacağına dair vədlər verir. Görünür, Mehmet Ağır pul həvəsinə düşüb, yoxsa niyə durduğu yerdə ona bir zamanlar çörək verən adam haqqında  böhtan danışsın ki?/gununsesi.info/

Elmar Elnuroğlu


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az