Gürcüstan həbsxanalarında 92 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 92 Azərbaycan vətəndaşı saxlanılır

 Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 92 nəfər saxlanılır. 


"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin avqust ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 18-i təqsirləndirilən şəxs, 74-ü isə məhkumdur. Təqsirləndirilənlərin 16-sı kişi, 2-si qadın, məhkumların isə 67-si kişi, 7-si qadındır.

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Qonşu ölkədə 45 ölkənin, ümumilikdə, 572 vətəndaşı cəza çəkir. Onların arasında Türkiyə vətəndaşları (132 nəfər) birinci yeri tutur.

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Rusiya vətəndaşlarının sayı 66, İran vətəndaşlarının sayı 96, Ermənistan vətəndaşlarının sayı isə 29 nəfərdir. 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az