Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi

Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili  ölkənin müsəlman gürcülərin yaşadığı  Xulo bölgəsinin sakinlərini təhqir edib. 

Moderator.az-ın Dağıstan mediasına istinadla verdiyi xəbərdə belər deyilir. Saakaşvili bildirib ki, rayon sakinləri heç bir incəsənət qalereyasına ehtiyac duymur və hətta onu psixiatrik xəstəxanalarla müqayisə edirlər. O, həmçinin yerli siyasətçilərdən birini təhqir edərək onu "deqradasiyaya uğramış" və "pis qoxuyan" adlandırıb. 

Sabiq prezidentin belə bəyanatları rayonda qəzəb dalğasına səbəb olub. Gürcüstan Müsəlmanları İttifaqının rəhbəri Tariel Nakaşidze bildirib ki, Saakaşvili bu  sözləri ilə, dağlıq Xulo bölgəsinin sakinlərini təhqir edib. "Belə çııxır ki, o, rayon sakinlərini "geridə qalmış və daha az mədəniyyətli” hesab edir”- deyən Nakaşidze eks-prezidentdən gürcü müsəlmanlardan üzr istəməsini tələb edib. Saakaşvili isə bunun üçün  hələ tələsmir.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az