Gürcüstan parlamentində mübahisə – İclasa fasilə verilib

Gürcüstan parlamentində mübahisə – İclasa fasilə verilib
Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

"Report”un yerli bürosu xəbər verir ki, müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyaları daxili işlər naziri Giorgi Qaxarianın istefası da daxil olmaqla etirazçıların tələblərinin müzakirə olunmasını tələb ediblər.
Hakim Gürcü Arzusu Partiyasının nümayəndələri müxalifətin bu təşəbbüsünə etiraz edib və nəticədə deputatlar arasında səs-küylü mübahisə baş verib.
Plenar iclas hazırda dayandırılıb. Birinci vitse-spiker Tamar Çuqoşvili texniki fasilə elan edib.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az