Gürcüstanda cinayət halları 18%-dən çox artıb

Gürcüstanda cinayət halları 18%-dən çox artıb
Bu ilin birinci yarısında Gürcüstanda 33 399 cinayət halı qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
İllik müqayisədə cinayət faktları 5 160 və ya 18,27% artıb.
Yanvar-iyun aylarında cinayət hallarının yalnız 10 375-nin, yaxud 31,06%-nin üstü açılıb.
Hesabat dövründə qeydə alınan cinayət əməllərinin böyük əksəriyyəti əmlaka (13 682), sağlamlığa zərər vurma (6 116), narkotiklərlə bağlı (2 738), insan haqları və azadlıqlarına qarşı (1 676) törədilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az