Göygöldə yük maşını aşdı – 2 nəfər öldü, 2 yaralı

Göygöldə yük maşını aşdı – 2 nəfər öldü, 2 yaralı

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az