Haldun həm qızıl, həm də gümüş qazandı-Respublika üzrə BİRİNCİ

Haldun həm qızıl, həm də gümüş qazandı-Respublika üzrə BİRİNCİ

Martın ortalarında Şağan Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə 5-ci ölkə çempionatı keçirilib. Ötənilkindən fərqli builki ölkə çempionatı iki gün davam edib və böyük maraqla qarşılanıb. Çempionata müxtəlif bölgələri təmsil edən 40-dan artıq komandanın tərkibində 400-dən çox idmançı qatılıb. Onlar alpaqut Turan döyüş sənətinə daxil olan aypara, batur, çaymaz və qurşaq sistemləri üzrə mübarizə aparıb. Qalib idmançılara diplom və medallar, komandalara isə kubok təqdim olunub. Ölkə çempionatında xüsusi bacarıq göstərənlərdən biri də Haldun Məmmədlidi.

2015-ci ildə Polis Akademiyasının əyani şöbəsinə 624 balla qəbul olunan tələbə-idmançı bu dəfə 70-75 kq çəki dərəcəsində mübarizə aparıb. Maraqlıdı ki, Haldun iki sistemdə uğurlu nəticə göstərib. O, qurşaqda qızıl, baturda isə gümüş medal qazanıb. 22 yaşlı idmançı bundan sonra da nəticələrini yaxşılaşdırmaq, peşəkar idmanda daha yüksək zirvələr fəth etmək niyyətindədi./football-plus.az/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az