“Haram xoşları olsun, it aparan olsun” – Tolikdən BNA-ya sərt sözlər

“Haram xoşları olsun, it aparan olsun” – Tolikdən BNA-ya sərt sözlər

Teleaparıcı Tarix Əliyev (Tolik) Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlini sərt tənqid edib.

 

"Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə post paylaşan Tolik sürücülərin tez-tez cərimə olunmasından şikayətlənib:
"Mənə çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların narazılığını görürsünüz? Bu qədər insanın haqqını sizin o işçiləriniz yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr, it aparan olsun, verəcəm pulu. Elə bilərəm, nəzir verirəm. Amma kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq edib, aparıb balalarına yedizdirər! Mənə maraqlıdır, sizin maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin qohumları, əqrəbaları xüsusi siyahıdadır?”
Qeyd edək ki, bir müddət sonra Tolik həmin paylaşımı səhifəsindən silib. Sizə silinən paylaşımın fotosunu təqdim edirik.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az