Həbsdən təzə çıxan kişidən DƏHŞƏTLİ ƏMƏL: Arvadını və uşaqlarını…

Həbsdən təzə çıxan kişidən DƏHŞƏTLİ ƏMƏL: Arvadını və uşaqlarını…
Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb.

Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib.
O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kişi ardınca qızı Q.S-nı da döyüb.
Yaralılardan S.Qurbanovun vəziyyəti nisbətən ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.
Hadisəni törədən X.Qurbanov əvvələr məhkumluq həyatı yaşayıb. O, bir neçə gün öncə həbsxanadan azad olub. (report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az