Həbsxanada qiyam zamanı 5 nəfərin başı kəsilib

Həbsxanada qiyam zamanı 5 nəfərin başı kəsilib
Paraqvayın San-Pedro həbsxanasında qiyam zamanı 10 nəfər həlak olub.

"Report” "ABC Color” nəşrinə istinadən xəbər verir ki, Braziliyanın "Birinci paytaxt komandası” cinayət qruplaşmasının üzvləri qiyam qaldıraraq, qarşılarına çıxan hər kəsi öldürüblər.
Canilər 5 nəfərin başını kəsiblər, 4 nəfər yanıq xəsarəti alaraq ölüb, daha bir zərərçəkmiş isə xəstəxanada keçinib. Toqquşma zamanı həmçinin 10 nəfər yaralanıb.
Ölənlərin hamısı "Birinci paytaxt komandası” ilə düşmənçilik edən "Rotel” cinayətkar klanının üzvləri olub.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az