“Həmsədrlik institutu torpağa dəfn edildi, onları diriltmək cəhdi boş vaxt itkisidir..."

“Həmsədrlik institutu torpağa dəfn edildi, onları diriltmək cəhdi boş vaxt itkisidir...
"Onlar 27 il ərzində nə etdilər ki, bundan sonra da nəsə etsinlər. Fransa narahat olduğu üçün bu işə burnunu soxdu”

Bunu Moderator.az-a açıqlaması Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə 27 il ərzində həmsədrlər Qarabağa münaqişəsinin həlli istiqamətində heç bir iş görmədilər:

"Həmsədrlər, həmsədrlik institutu torpağa dəfn edildi, onları diriltmək cəhdi boş vaxt itkisidir. Onlar 27 il ərzində Qarabağ münaqişəsinin həlli üçün nə etdilər ki, bundan sonra da nəsə etsinlər. Fransa narahat olduğu üçün bu işə burnunu soxdu. Həmsədrlərin işi artıq bitib, onlar istirahət etsinlər. Bundan sonrakı dönəmdə Türkiyənin də prosesin həllinə qatılmasıyla dördlük şəklində davamlı sülh prosesi təmin ediləcək. Sülh sazişi əlbəttə ki, ermənilərin də işinə yarayacaq, onlar mövcud reallıqlarla barışsalar, bundan hamıdan çox qazanmış olarlar. Hər dəfə cənab prezident İlham Əliyevin və cümhur başqanımız Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bizim xalqlarla düşmənçiliyimiz yoxdur, onlarla da qonşuluq etməyə hazırıq. Ermənistanın yeni reallıqla barışması lazımdır. Bir daha təkrar edirəm ki, bu günə kimi həmsədrlər heç bir iş görmədilər. Bir iş görmədiklərinə görə bundan sonra da prosesə müdaxilə etmək istəsələr, sadəcə vaxtımızı alacaqlar. Fransa həmsədrlərin bu işi pozması üçün əllərindən gələni edəcək, çünki biz 44 günlük müharibə dövründə rəsmi Parisin gerçək üzünü bir daha gördük. Fansanın Türk dünyasından nə qədər yanıqlı olduğunu, Senatın qəbul etdiyi bədnam qərarların da şahidi olduq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az