Hərbçilərin təqaüdləri rütbəyə görə ARTIRILACAQ

Hərbçilərin təqaüdləri rütbəyə görə ARTIRILACAQ

"Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinə dəyişikliklər təklif olunur.
 
Bu barədə yanvarın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz sessiyasında keçirilən ilk iclasında müzakirə aparılıb.
 
İclasda çıxış edən, komitə sədri Ziyafət Əsgərov qeyd edib ki, "Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi yaz sessiyasının iş planına daxil edilib. Komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini diqqətə çatdırıb.
 
Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən layihədə hərbi qulluqçuların maliyyə məsələləri öz əksini tapıb. Xüsusilə, ehtiyatda olan hərbçilərin rütbəsindən asılı olaraq, təqaüdlərinin artırılacağı bildirilir.
 
Qanun layihəsinin Maliyyə Nazirliyi tərəfindən dəyərləndirildikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.  

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az