Hərbi vəziyyət aradan qaldırılacaqmı? — Deputat

Hərbi vəziyyət aradan qaldırılacaqmı? — Deputat

Hərbi vəziyyətin, eləcə də kommendant saatının aradan qaldırılması gündəmdə deyil.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, həmin mövzu yalnız dekabrdan sonra müzakirə oluna bilər:

"Erməni işğalçıları 10 noyabr sazişinə uyğun olaraq Azərbaycan ərazisini hələ tam tərk etməyib. Proses dekabrın 1-də başa çatmalıdır. Proses başa çatandan sonra bununla bağlı müəyyən addımlar atılacaq. Müharibə hələ də davam edir. Müharibənin hərb hissəsi bitib, amma diplomatik və informasiya müharibəsi davam edir. Ona görə hərbi vəziyyətin, eləcə də kommendant saatının aradan qaldırılması hazırda gündəmdə deyil”.

Deputat qeyd edib ki, ölkədə pandemiya ilə əlaqəli karantin rejimi sərtləşdiyinə görə hazırda olan məhdudiyyətlər daha məqsədəuyğundur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az