Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

Bu barədə "Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını "Report”a təsdiqləyib:

"Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az