HƏYATIN MƏNASI

HƏYATIN MƏNASI
Mətləb Ağa

VƏ YA ANDREY SOKOLOV, SƏİDƏ VƏ QEYRİLƏRİ HAQQINDA…                                                                                                                                                                                                                                                                                                                                                                                                                               
Bizim yaradılışımızın mənası nədir?

Niyə məhz biz bu məkan və bu zamandayıq, bunun bü cür olmasının nəsə, hansısasəbəbi, mənası varmı?

Müəyyən yaş həddinəçatmış, ətrafda baş verənləri dərk etmə qabiliyyətinə malik hər insan bu sualı yəqin ki, özünə dönə-dönə verib.Gec-tezliyindən, yaşananların artıq keçmişdə qalıb-qalmamasından, nəyisə, nələrisə dəyişmək iqtidarında olub-olmamağımızdan asılı olmayaraq.
Söhbətin məğzi bundan ibarətdir ki, nə vaxta  insan elə yaş mərhələsinəçatır ki, o, həmin pillədən asanlıqla ötüb-keçmiş ömrünü  necə yaşadığını müşahidə edə bilir və təbii ki, bu zaman fikirləşməmiş olmur ki, bir fərd olaraq nə üçün bu həyata gəlmişdi, bu illər boyu sürən həyatı özünə və ətrafdaklara nə verdi, bu müddət ərzində onun yaşaması, varlığı  nəyə lazımdı, məhz Onun bir insan kimi mövcudluğunun səbəbi nəydi, məhz Onun doğulub var olması  nəyə və kimə lazımdı, bütün bu olanların, yaşadığı həyatın bir mənası vardımı? 

Ancaq bir şey də var ki, bu sualı insan özünə elə bir yaş mərhələsindəünvanlayır ki, artıq hər şey çoxdan geridə qalmış olur və bu sualın verilməsi əslindəhesabat xarakteri daşıyır.

Təəssüfləndiricidir, çünki, demək olar ki,  elə həmişə belə olur, daha nəyisə dəyişmək, hansısa günü təzədən yaşamaq, kiminləsə münasibətə təzədən baxmaq şansı və zamanı qalmır; ya o ürəyini almaq istədiyin insan bu dünyada olmur, ya da sadəcə, indi yaşadığın o əlçatmaz dünəndən tamamilə fərqli bir gündür… 

Beləliklə, insan elə bir müəyyən yaş həddinə yetişir ki, o nöqtədə durub  keçmişi asanlıqla götür-qoy etmək, hər şeyi soyuqqanlılıqla və real qiymətləndirmək imkanına malik olur.

Gəncliksəöz təbiəti etibarıyla  insana soyuq başla düşünməyə  maneçilik törədir, beləliklə, insanın öz dünənini qiymətləndirməsi, yaşadığıömrün  anlamıhaqqında fikirləşməyə, necə deyərlər məcbur edilməsi,  əsasən qocalığın boynuna düşür.

İnsanın məhz ahıl çağında bu sualla qarşılaşması, həm də bəlkə bir az da onun ölüm qorxusu önündəki  çarəsiz durumunun özünəməxsus təzahürüdür, hər necə olsa da gənclik insan ömrünün elə mərhələsidir ki, həyat, hərəkət sferasında fiziki qüvvə daha ön plana çıxır, odur ki, insanın mənəvi mövzular barədə mühakimə yürütməyə sadəcə vaxtı və həvəsi olmur, gənclik arzuları insanın fikrini ora-bura yayındırır. 
İstisnaların baş verməsisə həmişə mümkündür.

Bu mənada, Mixail Şoloxovun misilsiz bir hekayəsi var, ”İnsanın taleyi” adlanır. Hekayədə, müəllif bir az əvvəlki fikirlərimi özünə məxsus və obrazlı bir  tərzdə qəhrəmanın təhkiyəsində belə yazır: 

"Bu illərin necə gəlib-keçdiyini heç özüm də bilmədim. Elə bil, bir yuxu idi.On il nədi axı! Hansı bir ahıldan istəyirsən, soruş, soruş gör o öz ömrünün necə gəlib keçdiyini bilibmi? O, heç bir şey bilməyib! Keçmiş, bax, o çən içində görünən çöl kimidir. Səhər mən oradan gəlirdim, o yerlərdə nəçən vardı, nə duman; amma iyirmi kilometr gedəndən sonra o yerləri çən bürümüşdü, buradan baxanda meşə ilə alaqotunu, tarla ilə biçənəyi bir-birindən seçmək olmur...”

Həyatını  qorxunc müharibənin darmadağın etdiyi, ailəsini büsbütün qırıb-çatdığı Andrey Sokolov yenidən ayaq üstdə durmağı bacarır-zibillikdən tapdığı, ata-anasını müharibədə itirmiş  beş yaşındakı kiçik İvana "mən sənin atanam ” deyib, onunla öz həyatını birləşdirir, körpəni qanlı müharibənin ardınca gələn amansız illərin pəncəsindən dartıb alır. 

Alman əsirliyində saysız əzab-əziyyətlərə dözən Sokolov orada olanda düşünürdü ki, ailəsi, uşaqları vətənində onu gözləyir, bu ümid yaşamaqdan ötrü ona güc, təpər  verir, Andreyi amansız işgəncələrdən sağ saxlayırdı,  başqa sözlə, onun həyatının mənası vardı, çünki, o, ürəkdən inanırdı ki,  qeyri-müəyyən zamanda olsa da,  nəhayət, bir gün evinə qayıdıb  müharibədən qabaqkı sakit ömrünü davam etdirib xoşbəxt olacaq.

Lakin Andrey öncə arvadı və qızlarının ölüm xəbərini, sonrasa oğlu Anatolinin cəbhədə həlak olma sorağını eşidir, oğlunun tabutunu qəbrə yola salır. Müharibədən dönsə də, artıq həyatının heç bir mənası qalmayan Sokolov bir gün körpəİvanla qarşılaşır, bu hadisə keçmiş döyüşçünün mənəvi  iflasdan qurtulub həyata qayıtmasında vəsiləyəçevrilir, o, balaca İvanda yenidən yaşamaq həvəsini tapır, körpənin qayğısınıçəkmək müharibənin parçaladığı ürəyinə təskinlik verir; budur, İvan daha küçələrdə ac qalıb səfil olmayacaq, pozulmayacaq, yeməyə bir tikə çörəyi, yatmağa isti yeri və  arzularla dolu sabahı  olacaq...

..."Və mələk dedi:- öyrəndim ki, hər bir kəsi yaşadan özü barədə qayğılanması yox, məhəbbətdir...indi anladım: insanlara elə gəlir ki, onları canlı edən özləri barədə düşünmələridir, ancaq onlar eyni bir məhəbbətlə yaşayırlar. Kim ki, bu məhəbbətin içindədir, o, allahın himayəsindədir, çünki, Allah məhəbbət deməkdir...” (Lev Tolstoy, "İnsanı yaşadan nədir”).

...Və bu yazıda  mövzuyla həmahəng olan bir Azərbaycan kinofilmi barədə də danışmaq istəyirəm.

Rejissor Eldar Quliyevin ekranlaşdırdığı  "Ən vacib müsahibə” məhz "həyatın mənası  nədir?” sualına birbaşa cavab axtarır və hesab edirəm ki, rejissor bu filmiylə həmin suala uğurlu cavab tapa bilib.

Filmin qəhrəmanı Zaur istedadlı, peşəkar, çalışqan bir radiojurnalisdir, müsahibləriylə, istəyəndə  digər insanlarla da yaxşıünsiyyət qura bilir, hamının ona işi düşür, yaraşıqlıdır, qızlar bəlkə elə bu səbəbdən tez-tez ona məsləhət üçün müraciət edir,  Zaursa hər kəsi "iş-güc başımdan aşır” bəhanəsiylə özündən uzaqlaşdırıb özü üçün gün keçirir, hətta uşaqlıq dostu, sinif yoldaşı Nadirin davamlı telefon zənglərinə belə laqeyd yanaşır.
Ta o vaxta qədər ki, həyatını büsbütün dəyişən hadisələr burulğanına düşür; Cəbrayıl dayının xərçəng xəstəsi olmasını öyrənir, konsertdə uşaqlıq məhəbbəti Səidəylə qarşılaşır...
Ancaq... Nadir artıq Bakıdan çıxıb gedib- onun yaşadığı evdə indi ayrı sakinlər yaşayır, Səidə Zaurla bir daha görüşmək istəmədiyini deyir, Zaurun  işdə laqeyd yanaşdığı həmkarı Altaysa onun əvəzinə müsahibə almaq üçün neftçilər briqadasına yollanıb faciəli şəkildə həlak olur.
Məhz Zaurun insanlara bu cür-barmaqarası münasibəti axırda onun öz başında çatlayır, Zaur ona həqiqətən də ürəkdən bağlı insanları göz qırpımında itirib,  necə deyərlər, tək-tənha qalır, filmin finalındakı "Həyatın mənasını nədə görürsən?” sualına da sadəcə susur; belə görünür ki, Zaurun bu suala cavabı yoxdur...
 
Cəbrayıl dayı özünün xərçəng xəstəliyini Zaura çatdıranda deyir ki, bu məsələdə Zaurun  gəncliyinə güvənir, bu xəbərin Zaurun elə ağır qarşılamayacağına, cavan bacısı oğlunun bu bəd xəbəri daha asan "həzm edə” biləcəyinə əmindir. ("insan cavan olanda ölümün əlacsızlığını, labüdlüyünü yaşlılar kimi hiss eləmir.”) Ya Zaurun insanlara laqeydliyini bildiyindən Zaurla belə davranır? Bəlkə də... 
 
Səidəyə  gəldikdəsə, qadın etiraf edir ki, bir vaxtlar Zauru sevib, hətta əriylə yaşadığı iki illik müddətdə belə onun yanında bilməyərəkdən dəfələrlə Zaurun adınıçəkib, axırda  anlayıb ki,  daha bü cür yaşaya bilməycək və buna görə dəərindən ayrılıb. Zaursa bu illər ərzində bir dəfə də olsun Səidəni itirib-axtarmayıb, heç haqqında fikirləşməyib də. Səidə Zaurun eyni sualına, yəni özünün Zauru niyə axtarmadığını soruşduğunda "bunun bir mənası yox idi” deyir, sözsüz ki, Zauru bizdən daha yaxşı tanıdığıüçün Səidənin  bu hökmü verməyə haqqıçatır, ("məətələm sənə Zaur, heç hiss eləmirsən ki, gör nə qədər vaxt keçib və biz dəyişmişik.”) çünki Zaurun, həyatında yalnız Zaura "sevirəm” demişSəidəyə qarşı beləbasmaqəlib münasibəti  bağışlanmazdır, onun saf sevgisini hələ indi də Zaur uşaqlıq hissləri kimi qiymətləndirməkdən çəkinmir. Səidənin Zauru tərk etməsi həm də o vaxta təsadüf edir ki,  jurnalistimiz hələ qəflətdən tam ayılmayıb, ancaq hər necə olsa da, öz əvvəlki həyat tərzini davam etdirməkdəşübhəli görünür. 

Nadirsə, dediyim kimi, Zauru nə qədər soraqlasa da onunla görüşə bilmədən şəhərdən çıxıb gedib. Bu itkilər həm də həyatın Zaura indiyə qədərki yaşayışının adekvat cavabı sayılmalıdır. Məhz Zaurun Nadirə bu cür münasibəti də yəqin ki, Səidənin Zaurla ayrılmaq qərarına da  təsirini göstərməmiş olmayıb...
Zaurun əcnəbi müğənniylə müsahibəsi də, hansı ki, o müsahibədə Səidə də iştirak edirdi,  Zauru silkələmir. Müğənninin "xəstə insanları xoşlamıram, lakin onlara konsert verəndən sonra ilk dəfə başqalarına, insanlara gərəkli olduğunu dərk etdim” deməsi belə, yəqin ki, Zaurdan ötrüözlüyündə hələlik adi bir əhvalatdır. 
Müğənninin bir ifadəsini ("biz hamımız başqaları qarşısında günahkarıq, hər bir insan nə vaxtsa kiməsə borclu qalıb”) sonradan Səidə də Zaur üçün təkrarlayır, eynilə olduğu kimi...
Və...çox gecdir, Səidənin telefonu susur-deyilənlərə görə səfərdədir, Nadir də uzaqlardadır,  digər telefon zəngindənsə belə anlaşılır ki, dəhşətli faciə baş verib- Altay daha yoxdur, Cəbrayıl dayısa ölüm ayağındadır... 
Ancaq bir şey var... Filmin final kadrlarında Zaurun qeybdən eşidilən "həyatın mənasını nədə  görürsən?” sualı qarşısında lallığıbizi inandırır ki, sabah hər şey yaxşı ola bilər, onun özünə haqq qazandırmaması, həyatın mənası  barədə nəsə boşboğazlıq etməməsi bunu deməyə əsas verir.
Baxmayaraq ki, Altayın Zaur üçün qoyub getdiyi lent yazısındakı son müsahibəsindəki sadə bir tələbə qızın da "həyatın mənasını nədə  görürsən?” sualına öz cavabı var, ancaq yenə deyirəm, Zaurun susqunluğu burda özü də bir cavabdır, hər necə də olsa, pis başlanğıc deyil, Nadir və Səidə hələ tam itirilməyib, yaşamağa dəyər.
..."Əgər bədbəxtliklərimiz olmasaydı, bu gün biz heç də daha yaxşı vəziyyətdə yox,  daha pis vəziyyətdə olacaqdıq...” (A.Tarkovsi, "Stalker”).
...Deməli, Zaur  nə vaxtsa, "həyatın mənasını nədə  görürsən?” sualına cavab verə bilər, bu onun özündən asılıdır. Bəlkə də Zaur, artıq bu cavabı bilir, ancaq indi, bu gün bu suala cavab verməyəözünün mənəvi haqqı olmadığını da dərk edir ki, bu da özlüyündə az şey demək deyil. 
Və buradan həm də beləçıxır ki, o, bir çoxlarından fərqli olaraq, Andrey Sokolov kimi  istisnalılığı bacaracaq, "həyatın mənası nədir?” sualını cavablandırmaqdan ötrü Cəbrayıl dayının yaşına çatmağı gözləməyəcək...
 
Miq.Az
 









İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az