Heydər Əliyevdən Köçəryana tarixi cavab: “Quldurbaşı...” – İllər sonra

Heydər Əliyevdən Köçəryana tarixi cavab: “Quldurbaşı...” – İllər sonra

Azərbaycanın Macarıstandakı səfiri, keçmiş xarici işlər naziri Vilayət Quliyev özünün Feysbuk səhifəsində o vaxtkı Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında 2001-ci ildə baş tutan dialoqla bağlı xatirələrini paylaşıb.

Miq.Az xəbər verir ki, sabiq nazir məlum görüşdə Ermənistanın o vaxtkı rəhbərinə Şuşada baş verən dağıntıya görə sərt cavab verdiyini bildirib.

Vilayət Quliyev yazır ki, 2001-ci ildə Strasburqdakı görüşün rəsmi hissəsi başa çatdıqdan sonra Heydər Əliyev və Robert Köçəryan arasında aşağıdakı dialoq baş tutdu:

"Erməni işğalına qədər Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi var idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.

2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:

"Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

- Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç...”.

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.

Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi: "Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”, – dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az