Hikmət Hacıyev Prezident Administrasiyasının şöbə müdiri təyin edildi

Hikmət Hacıyev Prezident Administrasiyasının şöbə müdiri təyin edildi
Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Miq.az xəbər verir ki, sərəncamla Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən bu il sentyabrın ortalarına qədər Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu. Sentyabr ayında isə o, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavinitəyin edilmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az