Hikmət Nikbin: "Yaşamaq da bir eşq, ölmək də bir eşq..."
Dərəm axşamımdan yuxularımı,
sərəm payızların yorğunluğuna...
...köçürəm günləri ağ vərəqlərə,
məndə kölgələnə bulud ağaclar.
...uzanan toz-torpaq ömürlərini
dənizdə qurtarır quru yolları.
Harda düşürtmüşəm adam boyumu,
indilər gəmilər sinəmdə batır...
...Üzür buludları quraqlıq eşqi,
qurumaq həvəsi öldürür kolu...
tanımaq istəyir o da ocağı.
...yaşamaq da bir eşq, ölmək də bir eşq!
...Ağac kölgə verir, ancaq o demək
deyil ki, özü də kölgəlikdədir.
Miq.Az