İbrahimbəyov Azərbaycana xəyanət etdi: “Vəhşi türkün qurbanı”

İbrahimbəyov Azərbaycana xəyanət etdi: “Vəhşi türkün qurbanı”

Əkrəm Əylislinin "Daş yuxular” cızma-qarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən "etiraf” olunan bu "həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunması düşmən xislətli birisinin məhsuludur.

Miq.Az  xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, belə bir filmin çəkilməsini təsəvvür edə bilməzdim. Çünki damarında azərbaycanlı qanı axan bir kəs heç zaman belə film ərsəyə gətirməz. Bu filmdə Azərbaycan xalqına həqarət edilir. Bunu yalnız damarında erməni qanı olan, ermənipərəst, erməni düşüncəli, erməni təfəkkürlü insan edə bilərdi. Filmin ssenari müəllifi olan Rüstəm İbrahimbəyov burada öz millətini vəhşi, zorakılıq edən xalq kimi göstərib. Damarında erməni qanı axan bu şəxsin yaramaz davranışı Azərbaycan xalqına qarşı xəyanətdir. O, bu filmi çəkərkən başqaları ilə işbirliyi edib. Onun bu filmdə Azərbaycan xalqını təhqir etməsi, öz millətinin "vəhşi” obrazını yaratmaqla aşağılaması azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür. Bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.

"Bu film Rüstəm İbrahimbəyovun xalqımıza qarşı xəyanətkar əməlinin göstəricisidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az