İçkili sürücü və iki qız "Niva" ilə yanacaqdoldurma məntəqəsinə girdi

İçkili sürücü və iki qız

Martın 7-si axşam saat 21 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Baku.ws bildirir ki, Koroğlu Rəhimov küçəsində yüksək sürətlə hərəkət edən "Niva” markalı avtomobil idarəetməni itirərək ABU Petrol Yanacaq Doldurma Məntəqəsinə (YDM) çırpılıb.

​Nəticədə YDM və avtomobilə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Şahidlərin verdiyi məlumata görə, avtomobildə sürücüdən əlavə iki qız olub. Sürücünün sərxoş olduğu bildirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az