İcra başçısı müəllimlərdən “izahat” aldırır – Cəlilabadda

İcra başçısı müəllimlərdən “izahat” aldırır – Cəlilabadda

Cəlilabad sakini Bilal Alarlı rayon təhsil şöbəsində baş verənlərdən yazıb.

VİZUAL.az onun "Facebook”da paylaşdığı müraciəti təqdim edir:

"Bu gün Cəlilabad təhsil şöbəsinin daha bir özbaşınalığının şahidi olduq. Təhsil şöbəsinin müdiri vəzivəsini uzunmüddətli şəkildə müvəqqəti icra edən İlham Salmanov rayonun məktəb direktorlarına İcra Başçısı adından göstəriş verib ki, bütün müəllimlərdən fərdi qaydada rüşvət yığılmaması haqqında izahat alınsın. Səhər tezdən məktəb direktorları mətbuatda gedən yazıların əleyhinə müəllimlərdən icbari şəkildə izahatlar toplayırlar. Maraqlıdır ki, izahatların hamısının məzmunu eynidir, yəni direktor məndən Respublika Maliyyə Nazitliyinin yoxlama komissiyası üçün rüşvət şəklində pul tələb etməyib.

Bunun qarşılığı olaraq, bu gün Cəlilabad müəllimlərinin hər birinin ödəniş kartına müəyyən məbləğdə avans olaraq əmək haqqının bir qismi köçürülmüşdür. Xatırladıram ki, Cəlilabad təhsil şöbəsi noyabr ayının bitməsinə az qalmasına baxmayaraq, hələ də müəllimlərin dərs yükünün taarifləşdirilməsi işini başa çatdırmayıb. Buna görə də, sentyabr ayı da daxil olmaqla, üç aydır ki, Cəlilabad müəllimlərinin əmək haqqı ödənilmir. Cəlilabad təhsil sistemindəki rüşvət faktı ilə bağlı mətbuatda gedən yazılara cavab olaraq, icabri şəkildə yazdırılan izahatlar iki məqsəd güdür: həm şikayətçi müəllimlərin gözünün tovunu almaq, həm də rüşvət faktını yalana çıxarmaq! Cəlilabad rayon təhsil şöbəsinin məsul şəxslərinin bildirdiyinə görə, yoxlama komissiyası rayondan gedəndən və İlham Salmanov təhsil şöbəsinə rəsmi olaraq müdir təyin ediləndən sonra şikayətçi müəllimlər və bu faktı mətbuata sızdırılanlar ciddi şəkildə cəzalandırılacaqlar. Hətta kimlərinsə həbs ediləcəyi haqqında söz-söhbət gəzir. Maliyyə Nazirliyi yoxlama komissiyasının Cəlilabad rayonunda rüşvət toplaması faktına Respublikanın hüquq-mühafizə orqanları, o cümlədən Təhsil Nazirliyi, Korrupsiyaya və Rüşvətə Qarşı Mübarizə İdarəsi göz yumduğuna görə, burada biabırçılıqlar davam edir. Cəlilabad rayon təhsil şöbəsi, yoxlama komissiyasının dörd aylıq təftişi qarşısında dizini yerə atıb. Nə mühasiblər, nə metodistlər və nə də məsləhətçilər bir iş görə bilir. Onlar açıq-aşkar yoxlama komissiyasının tələbləri qarşısında girinc qalıblar. Zərbə isə Cəlilabadda onsuz da aşağı səviyyədə olan təhsilə dəyir. Komissiyanın yükünü (həm maddı, həm də mənəvi) isə sıravi müəllimlər çəkirlər.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az