İcra başçısının bu əməli etiraza səbəb oldu - VİDEO

İcra başçısının bu əməli etiraza səbəb oldu - VİDEO

Qubanın İdrisqışlaq kəndinin bir qrup sakini Bakı-Quba magistral yolunu bağlayıb.

Miq.Az Hit.az-a istinadən xəbər verir ki, buna səbəb kəndin bir hissəsində yerləşən evlərə qazın verilməsi, digəri hissəsindəkilərə isə verilməməsidir.

Belə ki, İdrisqışlaq kəndinin Şabran rayonu ərazisinə düşən hissəyə qaz verilsə də, Qubaya aid olan hissəyə verilmir.

Məlumata görə, sakinlər bununla bağlı dəfələrlə şikayət etsələr də, nəticəsi olmayıb. Sakinlərin səbr kasasını daşıran isə Qubanın icra başçısı Ziyəddin Əliyevə məxsus olduğu bildirilən istirahət mərkəzinə qaz xəttinin çəkilməsidir. Həmin istirahət mərkəzi İdrisqışlaq kəndinin girəcəyində yerləşir.

Yerli mənbələrin məlumatına görə, sakinlərin aksiyasından xəbər tutan Qubanın icra başçısı onları sakitləşdirmək göstərişi verib.
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az