İcra başçısının müavini Prezident Administrasiyasına təyinat alıb

İcra başçısının müavini Prezident Administrasiyasına təyinat alıb
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı vəzifəsindən azad edilib.

"Report” xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.
N.Muxtarlı Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, N.Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsi ilə yanaşı, İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini də tuturdu.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az