İki aylıq körpəsi olan qardaşı arvadını boğaraq öldürdü – Ağsuda dəhşət

İki aylıq körpəsi olan qardaşı arvadını boğaraq öldürdü – Ağsuda dəhşət
Ağsu rayonunda qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10 radələrində rayonun Qiyaslı kəndində qeydə alınıb.
Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var. Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az