“İkinci mühəndis öldü, mən də yaralıyam, çox pis döyüblər...”

“İkinci mühəndis öldü, mən də yaralıyam, çox pis döyüblər...”
Yanvarın 23-də axşam Qvineya körfəzində dəniz quldurlarının hücumuna məruz qalan Türkiyə quru yük gəmisində həmin anlar baş verənlərin videogörüntüləri yayılıb. Virtualaz.org xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı görüntülər gəminin videomüşahidə kameraları tərəfindən çəkilib.

Xatırladaq ki, gəmiyə hücum zamanı quldurlar 2-ci mühəndis, Azərbaycan vətəndaşı Fərman İsmayılovu öldürüblər, bir heyət üzvünü (4-cü kapitan) yaralayıblar, 15 heyət üzvünü qaçırıblar. Qaçırılan heyət üzvlərinin aqibəti məlum deyil, çünki hadisədən sonra quldurlarla hansısa  təmas mümkün olmayıb.

 

Kadrlara əsasən silahlı və qaradərili quldurlar gəminin kapitan körpüsündə avadanlıqları və cihazları sıradan çıxarır, əllərindəki silahlarla heyət üzvlərini döyür.

4-cü kapitan Furkan Yarenin səs yazısı da yayılıb və o, gəmidə baş verənlərdən danışır. "İkinci mühəndis öldürüldü, mən də yaralıyam. Güllə dəyib, həm də çox pis döyüblər. Gəminin radarları, naviqasiya cihazları işləmir, kabelləri kəsiblər, kor-korana , quldurlar tərəfindən verilən marşrutla üzməkdəyik”,-o bildirir.

Virtualaz.org

 






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az