İlham Əliyev: "Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir"

İlham Əliyev:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb. 

Miq.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:   

"Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistanı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi qardaş xalqlarımızın iradəsini əks etdirir.

Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıram".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az