İlham Əliyev böyük dövlətləri SƏRT TƏNQİD etdi

İlham Əliyev böyük dövlətləri SƏRT TƏNQİD etdi

"Onların xoşuna gələndə ərazi bütövlüyünü, xoşuna gəlməyəndə isə..."

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirələr zamanı böyük dövlətlərin siyasətini tənqid edib.

İstiPress-in məlumatına görə, İlham Əliyev "Vestnika Kavkaza” saytının Avropa bürosunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualın cavabında deyib ki, bəzi ölkələrə gələndə qayda və qanunlara əməl olunmur.

"Cənab prezident, siz qeyd etdiniz ki, ərazi bütövlüyü prinsipi ən əsas prinsiplərdən biridir. Bunu həmçinin Almaniya kansleri Angela Merkel də qeyd etdi. O bildirdi ki, Avropa bu prinsiplərdən imtina etməyə hazırlaşmır. Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın rolundan gözləntiləriniz nədir?”, - deyə jurnalist prezidentə sual verib.

İ.Əliyevin cavabı isə belə olub:

"Ərazi bütövlüyü prinsipi BMT nizamnaməsində, o cümlədən Helsinki yekun aktında qeyd olunub. Helsinki yekun aktında ərazi bütövlüyü və öz müqəddaratını təyinetmə ilə bağlı dəqiq müddəalar var. Öz müqəddaratını təyinetmə ərazi bütövlüyü prinsipini pozmamalıdır. Və bu, beynəlxalq qanunvericiliyin fundamental prinsipidir. Amma biz hər həftə, hər gün ikili standartların şahidi oluruq. Belə alınır ki, balaca ölkələrə gələndə qayda və qanunlara əməl olunmur. Böyük dövlətlər beynəlxalq qanunvericiliyə özlərinin milli maraqlarına uyğun olaraq yanaşırlar. Onların xoşuna gələndə ərazi bütövlüyünü, xoşuna gəlməyəndə isə öz müqəddarıtını təyinetməni dəstəkləyirlər.”

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az